FLEX proqram orta məktəb şagirdləri üçün nəzərdə tutulub. Proqramın qalibləri ailədə yaşamaq və orta məktəblərdə bir il təhsil almaq imkanı əldə edirlər. Proqramda iştirak etmək üçün heç bir xərc tələb olunmur. Qaliblər müsabiqə əsasında seçilirlər.
FLEX müsabiqəsində kimlər iştirak edə bilər?
- 1 yanvar 1995-ci il tarixindən sonra, 15 iyul 1997-cı il tarixindən əvvəl anadan olan şagirdlər;
- Müsabiqə keçirilən zaman 9, 10 və 11-ci sinif şagirdi olmalı;
- Məktəbdə yaxşı və əla qiymətlərlə oxumalı;
- İngilis dilini bilməli (namizədlər müsabiqə keçirilən an üçün ingilis dili biliklərini nümayiş etməlidirlər);
- Azərbaycan vətəndaşı olmalı və beynəlxalq pasport almaq imkanına malik olmalı;
- Amerikada vizaların verilməsi tələblərinə uyğun olmalı;
Fiziki məhdudiyyətli şagirdlər üçün yaş həddləri: 15 mart 1994 – 15 iyul 1997-cı il.
FLEX Proqramının imtahanlarının keçirilməsinin tarixləri
| Tarix |
Saat |
Həftənin günü |
Məktəb |
| 20.09.11 |
09:00 |
Çərşənbə axşamı |
Lənkəran – Məktəb # 4 |
| 27.09.11 |
09:00 |
Çərşənbə axşamı |
Şəki – Məktəb # 20 |
| 29.09.11 |
09:00 |
Cümə axşamı |
Mingəçevir – Məktəb # 10 |
| 06.10.11 |
09:00 |
Cümə axşamı |
Gəncə – Məktəb # 5 |
| 11.10.11 |
09:00 |
Çərşənbə axşamı |
Naxçıvan – Məktəb # 7 |
| 15/16.10.11 |
09:00 |
Şənbə/Bazar |
Bakı – Məktəb # 8 |
1-ci mərhələdən keçənlər üçün 2-ci mərhələ dərhal növbəti gün keçiriləcək. Bu qeyd yalnız rayonlara aiddir. Bakıda 2-ci mərhələ Oktyabrın 22-i və 23-ü olacaq.
Qeydiyyatdan keçmək üçün bunları gətirmək lazımdır:
- Doğum haqqında şəhadətnamə (metrika) və ya şəxsiyyət vəsiqəsi;
- Bir ədəd (yeni) 3×4 sm ölçüdə fotoşəkil;
- Qələm
FLEX Proqram Amerika Dövləti tərəfindən maliyyələşdirilir və Azərbaycan Respublikası
Təhsil Nazirliyi tərəfindən dəstəklənir.
Əlavə məlumat üçün Amerika Beynəlxalq Şurasına müraciət edə bilərsiniz:
Tel: (012) 436 75 29/30/31; Mob. (050) 225 81 78; E-mail:flex@americancouncils.az
http://americancouncils.az