Ev /

Beynəlxalq Təhsil üzrə Amerika Şurası və Azərbaycan Hüquqşünasları Konfederasiyası

arasında

A N L A Ş M A  M E M O R A N D U M U


Bakı, Azərbaycan

26 Dekabr, 2011



Beynəlxalq Təhsil üzrə Amerika Şurası və Azərbaycan Hüquqşünasları Konfederasiyası akademik mübadilə, peşəkar treyninqlər, distant təhsil, təhsil proqramı və test tərtibi, texniki köməklik, araşdırma, qiymətləndirmə və institusional inkişafa dəstək vermək məqsədilə anlaşma memorandumu imzalamışlar.

Anlaşma memorandumu birgə maraq dairəsinə uyğun olan sahələrdə iki təşkilatın  müvafiq məlumat mübadiləsi və müntəzəm məsləhətləşmələr aparmalarına, həmçinin Beynəlxalq Təhsil üzrə Amerika Şurasının Bakı ofisinin həyata keçirdiyi proqramların uğurla implementasiya olunması üçün sıx əməkdaşlıq etmələrinə şərait yaradacaq.