PFP məzunlarının uğur hekayələri

Ev / PFP məzunlarının uğur hekayələri

14370012_1330730110300870_5682253891458820844_n

 

18-25 sentyabr, 2016-cı il tarixlərində Boston Meriyası Gənclər Şurasının rəhbəri Françesko Tena Beynəlxalq Təhsil üzrə Amerika Şurasının (AmericanCouncils) təşkilatçılığı və dəstəyi ilə Azərbaycana işgüzar səfərdə olmuşdur.

Səfər çərçivəsində Françesko Tena Azərbaycan Respublikası Gənclər və İdman nazirliyində, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunda, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3-saylı ASAN Xidmət mərkəzində bir sıra görüşlər keçirmişdir. Görüşlər zamanı Azərbaycanda aparılan gənclər siyasəti, eləcə də Gənclər və İdman Nazirliyi tərəfindən görülən işlər, Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumat verilib və qurumlar arasında gələcək əməkdaşlıq əlaqələri müzakirə olunub. Qonaq, Gənclər Fondunun gənclərə göstərdiyi qayğı və dəstəyi yüksək qiymətləndirib və gələcəkdə Fondla əməkdaşlıqdan məmnun olacaqlarını bildirib.

Bununla belə qonaq Azərbaycanda fəaliyyət göstərən bir neçə gənclər təşkilatlarının ofisində olmuş, ARGTMŞ, ATGTİ, ASAN Könüllülər İctimai Birliyi və AIESEC təşkilatının rəhbərləri ilə işgüzar görüşlər keçirmişdir.

Səfərin növbəti günündə Françesko Tena ARGTMŞ-ın təşkilatçılığı ilə Gənclər Evində (ARGTMŞ-ın ofisi) ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəalları ilə görüşüb. Görüşdə Boston şəhərində gənclərlə bağlı həyata keçirilən layihələr haqqında məlumat verən Françesko Teno, eyni zamanda yerli gənclər təşkilatların fəaliyyəti ilə tanış olub və gələcəkdə potensial əməkdaşlıq perspektivləri müzakirə edilib. Tədbir zamanı ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəallarının sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qonaq, eyni zamanda Azərbaycan Start-up ekosistemi ilə tanış olmaq məqsədi il
ə Sup.az və Baku Business Factory startap akselerator şirkətlərinin ofisində olmuşdur və Azərbaycanda startapların inkişafına və beynəlxalq bazarlara yayılmasına, habelə Bostonda fəaliyyət göstərən startaplarla qarşılıqlı əlaqələrin qurulması mövzusunda fikir mübadiləsı aparmışdır.

Səfər çərçivəsində Françesko Tena Xarici Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzində təşkil olunan seminarda Boston Meriyasında rəhbərlik etdiyi Gənclər Şurası və həyata keçirdiyi layihələr haqqında məlumat verib. Amerikada ilk dəfə Boston şəhərində tətbiq olunan gənclərin şəhər meriyasının büdcə xərclərinin müəyyən edilməsində iştirakı ilə (“youth participatory budgeting) bağlı layihəsi haqqında tələbələrə məlumat verib.

Françesko Tena ABŞ-ın Azərbaycandakı səfiri Cənab Robert Sekuta ilə işgüzar görüş keçirmiş, eyni zamanda ABŞ Təhsilli Məzunlar Assosiasiyasının səfir Robert Sekutanın iqamətgahında təşkil etdiyi  məzunlarının illik qəbul tədbirində iştirak etmişdir.

Qonaq, səfər müddətində Bakıda yerləşən müxtəlif muzey mərkəzlərini ziyarət etmişdir və YARAT Mərkəzi ilə yaxından tanış olmuşdur.