Beynəlxalq Təhsil üzrə Amerika Şurasında Könüllülük Proqramı

Ev / Proqramları / Gələcək Liderlərin Mübadilə Proqramı (FLEX) / Beynəlxalq Təhsil üzrə Amerika Şurasında Könüllülük Proqramı

Müraciət üçün son tarix – 10 mart
volunteer programBeynəlxalq Təhsil üzrə Amerika Şurasının Könüllülük proqramının məqsədi 16-25 yaşlı azərbaycanlı gənclər arasında könüllülük və icmaya töhfə vermə prinsiplərini təbliğ etməkdir.

6 aylıq proqram müddətində 10 nəfər könüllü Beynəlxalq Təhsil üzrə Amerika Şurasının bütün tədbirlərinə cəlb olunmaqla şəxsi və peşəkar inkişaf imkanı əldə edəcəkdir. Tədbirlərdə əldə edilmiş təcrübədən başqa, həmin könüllülərə ABŞ təhsilli məzunlar tərəfindən əlavə olaraq 8 təlim (liderlik, təqdimat bacarıqları, auditoriya qarşısında çıxış etmə, müsahibə, CV yazma, tənqidi düşüncə, zamanın idarə olunması və maliyyə idarəetməsi) keçiriləcəkdir.

Proqramı uğurla bitirən iştirakçılara Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən sertifikat təqdim ediləcək

Müraciətçilər aşağıdakı keyfiyyətlərə sahib olmalıdırlar:

  1. Orta səviyyədə ingilis dili bacarıqları;
  2. Məsuliyyət;
  3. Dəqiqlik;
  4. Motivasiya;
  5. Qətiyyətlilik.

2017-ci il 10 mart tarixinə kimi namizədlər bu link vasitəsilə https://flexalumni.typeform.com/to/CNaqWL müraciətlərini təqdim etməli və  CV və şəxsiyyət vəsiqələrini flexalumni@americancouncils.az ünvanına göndərməlidirlər.

Seçilmiş namizədlərə 13 mart 2017-ci il tarixinə kimi məlumat veriləcəkdir.