GƏLƏCƏK LİDERLƏRİN MÜBADİLƏSİ (FLEX) PROQRAMI!

Ev / GƏLƏCƏK LİDERLƏRİN MÜBADİLƏSİ (FLEX) PROQRAMI!

gerbflex

FLEX Proqramı Azərbaycandan olan 11-ci sinif şagirdləri üçün ABŞ-da bir tədris ili müddətində amerikalı ailədə yaşamaq və Amerika orta məktəbində təhsil almaq imkanı verən təqaüdlər təqdim edir. FLEX proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosu tərəfindən maliyyələşdirilir.

FLEX Proqramının imtahanlarının keçirilməsinin tarixləri və yeri
14.10.17 9:00 Şənbə Bakı – Amerika Mırkızi- Azərbaycan Dillər Universiteti
15.10.17 9:00 Bazar Lənkəran – Lüıks Hotel
21.10.17 9:00 Şənbə Mingəçevir – Kür Hotel
22.10.17 9:00 Bazar Şəki – Sheki Palace
28.10.17 9:00 Şənbə Gəncə – Ramada Hotel

 

2018-2019-cu il FLEX proqramı üzrə şagirdlər üçün nəzərdə tutulan tələblər bunlardır:

  • 15 fevral 2000 – 15 iyul 2003-cü il tarixləri arasında anadan olmalıdır
  • Müraciət edən zaman 11-ci sinifdə oxumalı və FLEX proqramına yola düşməzdən əvvəl orta təhsili bitirməlidir
  • Hərbi xidmətə getməli olan 11-ci sinif şagirdləri proqramda iştirak edə bilməz
  • Yaxşı və ya əla qiymətlərə malik olmalı
  • Əvvəllər İngilis dili təhsili almalı və qeydiyyat zamanı məqbul İngilis dili bilikləri nümayiş etdirməlidir
  • ABŞ-ın viza uyğunluğu tələblərinə cavab verməlidir
  • Azərbaycan Respublikasının vətəndaşı olmalı və beynəlxalq pasport almalıdır
  • Son beş (5) ildə ABŞ – da üç (3) aydan artıq qalmamalı

 

Biz eyni zamanda xüsusi qayğıya ehtiyacı olan bütün şagirdləri proqrama müraciət etməyə dəvət edirik. Əgər siz bu müsahibədə iştirak edəcək  fiziki məhdudiyyətli şagird tanıyırsizsa xahiş edirik bizə məlumat verəsiniz.

 

Qeydiyyatdan keçmək üçün aşağdakı sənədləri gətirmək lazımdır:

  1. Doğum haqqında şəhadətnamə (metrika) və ya şəxsiyyət vəsiqəsi
  2. Bir ədəd (yeni) 3×4 sm ölçüdə fotoşəkil
  3. Qələm (qara rəng)

 

Əlavə məlumat üçün bizimlə flex@americancouncils.az email vasitəsi ilə və ya

(050) 225 81 78 və (012) 436 75 30 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiz.