2021-22 PROQRAM İLİ ÜÇÜN FLEX İMTAHANI ONLAYN ŞƏKİLDƏ KEÇİRİLƏCƏK!

2021-22 PROQRAM İLİ ÜÇÜN FLEX İMTAHANI ONLAYN ŞƏKİLDƏ KEÇIRILƏCƏK!

Koronavirus pandemiyası ilə əlaqədar olaraq, təhlükəsizlik məqsədilə FLEX Proqramı 2021-22 proqram ili üçün imtahanı 2020-ci ilin payızında ONLAYN şəkildə keçirəcəkdir. Müraciət edənlər mobil telefondan və ya kompüterdən istifadə edərək istənilən yerdən internetə daxil olub qəbul prosesində iştirak edə bilərlər. İştirakçıların fərdi testlərdə iştirak etməməsinə baxmayaraq, FLEX proqramına qəbul üç ciddi turdan ibarətdir.

68356623_2349792988390868_3735655287252582400_o

1-ci tur: 1 sentyabr – 15 oktyabr 2020-ci il tarixləri arasında uyğunluq tələblərinə cavab verən şagirdlər üçün portal açıq elan edilir. Bu tura ilkin onlayn ərizə və ərizə verildikdən sonra 10 gün ərzində təqdim edilməli olan 3 inşa sualı daxildir.

2-ci tur: Şagirdlər onlayn ingilis dili testində iştirak etməyə dəvət olunacaqlar.

3-cü tur: Bu yarımfinal turu noyabr ayında başlayacaq və müsahibə, daha 3 inşa sualı, tam müraciət formu və hərtərəfli ingilis dili testindən ibarət olacaqdır. Bu mərhələyə keçən şagirdlərə Amerika Beynəlxalq Təhsil Şurası ofisi dəvət göndərəcəkdir.

amb_flex-750x450

Uyğunluq tələbləri 

Müsabiqədə iştirak edən şagirdlər aşağıdakı tələblərə cavab verməlidir:

  1. 15 fevral 2003 – 15 iyul 2006-cı  il tarixləri arasında anadan olmalı.
  2. Müraciət edən zaman 11-ci sinifdə oxumalı və ingilis dilini yaxşı və ya əla bilməlidir.
  3. ABŞ-ın viza uyğunluğu tələblərinə cavab verməlidir.
  4. Son 5 ildə ABŞ-da 3 aydan artıq qalmamalıdır.
  5. Azərbaycan vətəndaşı olmalıdır.

Fiziki məhdudiyyətli şagirdləri də müsahibədə iştirak etməyə dəvət edirik. Hər il fiziki məhdudiyyətli şagirdlər ABŞ-da bu proqramda iştirak edirlər. Əvvəl görmə, eşitmə məhdudiyyətli və inkişaf pozğunluğu olan şagirdlər FLEX proqramında iştirak ediblər.

FLEX ABŞDövlət Departamentinin ABŞ hökuməti tərəfindən maliyyələşdirilən proqramıdır. FLEX proqramı təyin olunmuş əsas uyğunluq tələblərinə cavab verən bütün şagirdlər üçün açıqdır. Müraciət etmək üçün https://ais.americancouncils.org/flex səhifəsinə daxil olun.

Bilik Gücdür Proqramı

Bilik gücdür/Access proqramı ABŞ-ın Azərbaycandakı Səfirliyi, Nazirlər Kabineti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən həyata keçirilən iki illik intensiv ingilis dili proqramıdır. Proqramın məqsədi aztəminatlı məcburi köçkün ailələrindən olan 7-ci və 8-ci sinifdə təhsil alan 13-15 yaş arası şagirdləri ingilis dili tədrisi və şəxsi inkişaf bacarıqları ilə təmin etməkdir. Şagirdyönlü interaktiv tədrisə əsaslanan proqram çərçivəsində şagirdlər ingilis dili və ABŞ mədəniyyəti və dəyərləri haqqında biliklərini qrup fəaliyyətlərində iştirak edərək, mahnılar ifa edərək və oyunlar oynayaraq inkişaf etdirirlər. İngilis dili dərslərindən əlavə iştirakçılar dərsdənkənar fəaliyyətlərə cəlb olunurlar ki, bu da həm peşəkar, həm də şəxsi həyatlarında onlara vacib olan bir sıra bilik və bacarıqlara yiyələnməyə kömək edir. Beləliklə, şagirdlər problemlərin həlli, qərar qəbuletmə, tənqidi düşüncə kimi qabiliyyətlər qazanırlar. Bilik gücdür/Access proqramını bitirdikdən sonra iştirakçılar ABŞ hökuməti tərəfindən maliyyələşdirilən mübadilə proqramlarında iştirak etmək üçün daha inamlı və rəqabət qabiliyyətli olacaq və öz cəmiyyətlərinin və bütövlükdə ölkənin inkişafına daha yaxşı töhvə verə biləcəklər. Hazırda proqram 6 məcburi köçkün məktəbində olmaqla Bakı, Sumqayıt, Yevlax, Bərdə və Mingəçevir şəhərlərində icra olunur.

 

CCC proqramı elan olunur – müraciət üçün son tarix 25 may 2020!

EducationUSA Azerbaijan, sizləri Competitive College Club 2020-ə müraciət etməyə dəvət edir!

CCC
CCC ABŞ kollec və universitetlərinə rəqabətcil abituriyent olmaq istəyən məktəb şagirdlərinə (8, 9, 10-cu siniflər) kömək edən intensiv qrup məsləhət proqramıdır. Bütün CCC dərsləri 18 ay ərzində fərdi akademik inkişafa, ərizə hazırlığına həsr ediləcəkdir.

Namizədlər üçün tələblər:
– Müraciət edənlər Azərbaycan vətəndaşı olmalıdırlar.
– dövlət məktəbində oxumalı.
– yüksək səviyyədə İngilis dili bilikləri olmalı
– akademik iş, icmaya cəlb edilmə və məktəbdənkənar fəaliyyətlər vasitəsilə liderlik potensialını nümayiş etdirməli
– ABŞ-da təhsil almaq istəyini göstərməlidir

Ərizə yüklənməli, doldurulmalı və “CCC 2020-2021” elektron poçtu ilə fbabazade@americancouncils.org elektron poçtuna göndərilməlidir. Müraciət linki: https://cutt.ly/ytObzD2

Müraciət üçün son tarix: 25 May, 2020

Hər hansı bir sualınız olarsa, aşağıdakı əlaqə vasitələri ilə bizə müraciət edə bilərsiniz:
E: fbabazade@americancouncils.org

FLEX-in Fiziki məhdudiyyətli şagirdləri

1993-cü ildən bəri, 350-dən çox əlilliyi olan şagird FLEX proqramında iştirak edib və bunu müstəqilliyə aparan güclü bir yol və özünə inamın artması kimi təsvir edib.

Fiziki məhdudiyyətli şagirdlər üçün məlumat

  • MİUSA Proqramı

FLEX proqramının fiziki məhdudiyytli finalçıları, avqustun ortalarında ABŞ-da qəyyum ailələrinə getmədən əvvəl Oregon ştatında, Eugene şəhərində bir həftəlik müstəqillik bacarıqları seminarında iştirak edirlər. Bu seminarlar ABŞ-da aparıcı əlillik hüquqları təşkilatı olan Mobility İnternational, ABŞ (MIUSA, www.miusa.org) tərəfindən təşkil olunur. MIUSA seminarına aşağıdakılar daxildir:

  • ABŞ-dakı əlilliyi olan insanlar üçün həyat, o cümlədən təhsil və icma fəaliyyətində hüquq və imkanlar barədə interaktiv sessiyalar;
  • Liderlik, komanda işi və problem həll etmə bacarıqlarını inkişaf etdirmək üçün fəaliyyətlər;
  • FLEX ili üçün qısa və uzunmüddətli hədəflərə çatmaq üçün fəaliyyət planlaşdırması.

68356623_2349792988390868_3735655287252582400_o

  • İngilis dili Xarici Dili olaraq

FLEX-ə qəbul olsanız və ingilis dili bacarıqlarınız hələ inkişaf edirsə, sizə kömək edəcək iki imkana sahib olacaqsınız:

  1. Moldovanın Kişinyov şəhərində Amerika Şurasının EFL (English as Foreign Language) seminarlarıda iştirak etmək üçün təyin oluna bilərsiniz.
  2. Ayrıca Dil Proqramı FLEX şagirdi olaraq təyin oluna bilərsiniz: Yerləşdirmə Təşkilatınız ABŞ məktəbinizə başlamazdan əvvəl ABŞ-da ən azı 14 gün ingilis dilində dərslər və ya repetitor tədrisini təmin edəcəkdir.
  • Tibbi xidmət və ödəniş

FLEX proqramı bütün finalçılara fövqəladə halları əhatə edən tibbi sığorta ilə təmin edir. Bundan əlavə, proqramda fiziki məhdudiyyətli şagirdlər üçün əlavə vəsait mövcuddur. Lakin, FLEX tibbi müalicə proqramı deyil və tibbi məsləhət, müalicə və ya əməliyyat keçirmir.

  • FLEX imtahanında iştirak etmək üçüçn xüsusi avadanlıq

FLEX proqramına müraciət edən bütün şagirdlər fiziki qabiliyyətindən asılı olmayaraq eyni imtahan prosesindən keçirlər. Lakin bundan əlavə, uyğunlaşdırılmış testlər (Brayl, böyüdülmüş və s.) mövcuddur və hər kəsin imhatanda iştirak etmək imkanı vermək üçün istifadə edilir. Namizədin ingilis dilində (danışıq, yazılı və s.) ünsiyyət qurmaq bacardığı müddətcə FLEX onları qəbul edə bilir.

❗Beynəlxalq Təhsil üzrə Amerika Şurası Peşəkar İxtisasartırma Proqramına müraciətləri açıq elan edir

❗Beynəlxalq Təhsil üzrə Amerika Şurası Peşəkar İxtisasartırma Proqramına müraciətləri açıq elan edir!

Peşəkar İxtisasartırma Proqramı (PFP) ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu tərəfindən maliyyələşdirilir və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən həyata keçirilir.

Bu proqram iştirakçıları ştatların qanunverici və icraedici orqanlarında, bələdiyyələrdə və qeyri-hökumət təşkilatlarında 5–6 həftəlik təcrübə keçmək imkanı ilə təmin edir. İştirakçılar hökumət orqanlarının gündəlik fəaliyyəti ilə tanış olur və Amerika Mədəniyyətini öyrənmək üçün qəyyum ailədə yaşayırlar. Proqramdaxili gediş-gəliş səyahət və yaşayış xərcləri təqaüd proqramı tərəfindən təmin olunur.

Proqrama uyğunluq meyarları:
 25-35 yaş arası Azərbaycan vətəndaşı olmalı;
 Universitet məzunu olmalı (bakalavr və ya daha yüksək ixtisas və ya elmi dərəcəyə malik olmalı);
 İngilis dilini bilməli;
 2 il və ya daha çox iş təcrübəsi olmalı;
 Müvafiq sahədə təcrübəyə malik olmalı və dövlət sektorunda iş fəaliyyətini davam etdirmək niyyətində olmalı;
 Liderlik və əməkdaşlıq bacarıqlarını nümayiş etdirmiş olmalı.

ABŞ-da qanunvericilik prosesinin daha yaxşı başa düşülməsi, ABŞ və xarici qurumlar arasında əlaqələrin yaradılması üçün azərbaycanlı namizədlər https://ais.americancouncils.org/pfp saytına daxil olaraq onlayn ərizə formasını doldurmalıdırlar.

 Ətraflı məlumat üçün:
☎️ Telefon: 012 436 75 29/30
📧 E-poçt: azerbaijan-pfp@americancouncils.org

Amerika Şurasının vebsaytına daxil ola:
📥 http://www.americancouncils.az,
və ya Facebook səhifəsindən faydalana bilərsiz:
📥 https://bit.ly/37OxBEW

🗓 Müraciət üçün son tarix 31 mart 2020-ci ildir!

#Professional #Fellows #Profellows #PFP

❗Beynəlxalq Təhsil üzrə Amerika Şurası Peşəkar İxtisasartırma Proqramına müraciətləri açıq elan edir!

❗Beynəlxalq Təhsil üzrə Amerika Şurası Peşəkar İxtisasartırma Proqramına müraciətləri açıq elan edir!

Peşəkar İxtisasartırma Proqramı (PFP) ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu tərəfindən maliyyələşdirilir və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən həyata keçirilir.

Bu proqram iştirakçıları ştatların qanunverici və icraedici orqanlarında, bələdiyyələrdə və qeyri-hökumət təşkilatlarında 5–6 həftəlik təcrübə keçmək imkanı ilə təmin edir. İştirakçılar hökumət orqanlarının gündəlik fəaliyyəti ilə tanış olur və Amerika Mədəniyyətini öyrənmək üçün qəyyum ailədə yaşayırlar. Proqramdaxili gediş-gəliş səyahət və yaşayış xərcləri təqaüd proqramı tərəfindən təmin olunur.

Proqrama uyğunluq meyarları:
 25-35 yaş arası Azərbaycan vətəndaşı olmalı;
 Universitet məzunu olmalı (bakalavr və ya daha yüksək ixtisas və ya elmi dərəcəyə malik olmalı);
 İngilis dilini bilməli;
 2 il və ya daha çox iş təcrübəsi olmalı;
 Müvafiq sahədə təcrübəyə malik olmalı və dövlət sektorunda iş fəaliyyətini davam etdirmək niyyətində olmalı;
 Liderlik və əməkdaşlıq bacarıqlarını nümayiş etdirmiş olmalı.

ABŞ-da qanunvericilik prosesinin daha yaxşı başa düşülməsi, ABŞ və xarici qurumlar arasında əlaqələrin yaradılması üçün azərbaycanlı namizədlər https://ais.americancouncils.org/pfp saytına daxil olaraq onlayn ərizə formasını doldurmalıdırlar.

 Ətraflı məlumat üçün:
☎️ Telefon: 012 436 75 29/30
📧 E-poçt: azerbaijan-pfp@americancouncils.org

Amerika Şurasının vebsaytına daxil ola:
📥 http://www.americancouncils.az,
və ya Facebook səhifəsindən faydalana bilərsiz:
📥 https://bit.ly/37OxBEW

🗓 Müraciət üçün son tarix 31 mart 2020-ci ildir!

#Professional #Fellows #Profellows #PFP

Kütləvi Açıq Onlayn Kurslar

Kütləvi Açıq Onlayn Kurslar (MOOC) maraqlanan hər kəs üçün pulsuz onlayn kurslardır. MOOC-kursları yeni bacarıqları öyrənmək, karyeranızı inkişaf etdirmək və keyfiyyətli təhsil təcrübələrini miqyasda çatdırmaq üçün əlverişli və çevik bir yol təqdim edir.

  1. Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat vasitəsilə İngilis dili (English for STEM). Kurs əsasən 10+ yaşında uşaq və yeniyetmələr üçün nəzərdə tutulub və iştirakçılar bu fənlərin ingilis dilində tədrisi ilə yanaşı, komanda işi və analitik düşünmə qabiliyyətlərini inkişaf etdirirlər. Kurs 5 sessiyadan ibarətdir və il ərzində ümumilikdə 17 English for STEM kursu həyatı keçirilir. Bakı ilə yanaşı Azərbaycanən 10 regionunda tədris edilir.
  2. Karyera İnkişafı üçün İngilis dili (English for Career Development). Kurs karyeralarını inkişaf etdirmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub və iştirakçılara professional inkişaf məqsədlərinə nail olmaq üçün ingilis dili bacarıqlarını artırmaqla bərabər, əmək bazarında iş axtarışı, CV yazma qaydaları və müsahibə prosesinə hazırlıq barədə biliklərə yiyələnməyə geniş imkan yaradır. English for Career Development 6 sessiyadan ibarətdir və il ərzində ümumilikdə 16 English for Career Development kursu həyatı keçirilir. Bakı ilə yanaşı Azərbaycanın 9 regionunda tədris edilir.
  1. Müasir Texnologiyalardan İstifadə Edərək Dərsin Zənginləşməsi üzrə Kurs (Using Educational Technology in the English Language Classroom – E-Teachers’ MOOC). Kurs müəllimlər üçün nəzərdə tutulub və iştirakçılara texnoloji alətlərlə tanışlıq, pedaqoji bilikləri texnoloji imkanlarla uzlaşdırmaq, bu vasitələrdən xarici dilin tədrisi prosesində istifadə etməklə fənləri daha maraqlı etmək metodlarının öyrədilməsini özündə ehtiva edir. E-Teachers’ MOOC 3 sessiyadan ibarətdir və il ərzində ümumilikdə 16 E-Teachers’ MOOC kursu həyatı keçirilir. Bakı ilə yanaşı Azərbaycanın 9 regionunda tədris edilir.