Təhsil haqqında məsləhət

Ev / Təhsil haqqında məsləhət

 

Amerika Təhsil Məsləhət Mərkəzləri

 

Amerika Təhsil Məsləhət Mərkəzi Amerika Dövlət Departamenti nəzdində fəaliyyət göstərən Təhsil və Mədəniyyyət İşləri üzrə İdarəsi tərəfindən dəstəklənən 450-dən çox məsləhət mərkəzlərinindən ibarət qlobal  bir şəbəkədir. Təhsil və Mədəniyyyət İşləri üzrə İdarə (ECA) Amerika və digər ölkələrdə adi vətəndaş və təşkilatlar arasında şəxsi, peşəkar və işgüzar əlaqələri önə çəkərək, xarici kütləyə öz fərqliliyi ilə birgə Amerika tarixi, cəmiyyəti, incəsənəti və mədəniyyətini təqdim edərək qarşılıqlı anlaşmanı gücləndirir.

Amerikadakı təhsil imkanları haqqında daha ətrdaflı məlumatı www.educationusa.state.gov/ ünvanında yerləşən Amerikada Təhsil internet səhifəsindən əldə edə bilərsiz.

Amerika Təhsil Nümayəndəliyi

 

Amerika Təhsil Mərkəzləri Amerikanın təhsil ocaqlarına aid dəqiq, qərəzsiz, izahlı, məqsədyönlü və dövri olaraq verilən məlumatları çatdıraraq dünya üzrə Amerikada yüksək təhsili fəal olaraq önə çəkir.  Mərkəz, eyni zamanda, bu imkanlardan masksimum dərəcədə  faydalanmaları üçün proqrama uyğun şəxslərə yol göstərir. Hər il milyonlarla potensial tələbələr Amerikada təhsil imkanları haqqında məlumatları Amerika Təhsil Mərkəzlərindən əldə edirlər. Mərkəzlərdə Amerikada bilavasitə təhsil almış və ya Amerikada yüksək təhsil və məsləhət prossesi haqqında Dövlət Departamenti tərəfindən təsdiqlənmiş təlim keçmiş  peşəkar məsləhətçilər çalışırlar.

Azərbaycanda sayca üç Amerika Təhsil Mərkəzləri var:

Bakı Təhsil və Məlumat Mərkəzi (BEIC)

 

Caspian Business Center, 2-ci mərtəbə,C. Cabarlı küçəsi 40

Bakı, AZ 1065, Azərbaycan
Tel./Faks: (994 12)448 28 45,448 28 46
E-mail:office@beic.az
Website:  www.beic.az
 

Gəncə Təhsil və Məlumat Mərkəzi (GEIC)

 
 
“Kamil Vətəndaş” maarifləndirmə mərkəzi
Gəncə, 374700, Azərbaycan, Mirəli Qaşqay küçəsi, 10
Tel: (99422) 56-30-25
Faks: (99422) 56-30-26
 
 

Sumqayıt Təhsil və Məlumat Mərkəzi

 
Kosmos Məişət Evi, 1-ci mərtəbə
3-cü mikrorayon
Sumqayıt AZ 5006
sumgayit.edu.usa.center1@gmail.com
(994 18) 642 48 44