2021-22 PROQRAM İLİ ÜÇÜN FLEX İMTAHANI ONLAYN ŞƏKİLDƏ KEÇİRİLƏCƏK!

Ev / ön / 2021-22 PROQRAM İLİ ÜÇÜN FLEX İMTAHANI ONLAYN ŞƏKİLDƏ KEÇİRİLƏCƏK!

2021-22 PROQRAM İLİ ÜÇÜN FLEX İMTAHANI ONLAYN ŞƏKİLDƏ KEÇIRILƏCƏK!

Koronavirus pandemiyası ilə əlaqədar olaraq, təhlükəsizlik məqsədilə FLEX Proqramı 2021-22 proqram ili üçün imtahanı 2020-ci ilin payızında ONLAYN şəkildə keçirəcəkdir. Müraciət edənlər mobil telefondan və ya kompüterdən istifadə edərək istənilən yerdən internetə daxil olub qəbul prosesində iştirak edə bilərlər. İştirakçıların fərdi testlərdə iştirak etməməsinə baxmayaraq, FLEX proqramına qəbul üç ciddi turdan ibarətdir.

68356623_2349792988390868_3735655287252582400_o

1-ci tur: 1 sentyabr – 15 oktyabr 2020-ci il tarixləri arasında uyğunluq tələblərinə cavab verən şagirdlər üçün portal açıq elan edilir. Bu tura ilkin onlayn ərizə və ərizə verildikdən sonra 10 gün ərzində təqdim edilməli olan 3 inşa sualı daxildir.

2-ci tur: Şagirdlər onlayn ingilis dili testində iştirak etməyə dəvət olunacaqlar.

3-cü tur: Bu yarımfinal turu noyabr ayında başlayacaq və müsahibə, daha 3 inşa sualı, tam müraciət formu və hərtərəfli ingilis dili testindən ibarət olacaqdır. Bu mərhələyə keçən şagirdlərə Amerika Beynəlxalq Təhsil Şurası ofisi dəvət göndərəcəkdir.

amb_flex-750x450

Uyğunluq tələbləri 

Müsabiqədə iştirak edən şagirdlər aşağıdakı tələblərə cavab verməlidir:

  1. 15 fevral 2003 – 15 iyul 2006-cı  il tarixləri arasında anadan olmalı.
  2. Müraciət edən zaman 11-ci sinifdə oxumalı və ingilis dilini yaxşı və ya əla bilməlidir.
  3. ABŞ-ın viza uyğunluğu tələblərinə cavab verməlidir.
  4. Son 5 ildə ABŞ-da 3 aydan artıq qalmamalıdır.
  5. Azərbaycan vətəndaşı olmalıdır.

Fiziki məhdudiyyətli şagirdləri də müsahibədə iştirak etməyə dəvət edirik. Hər il fiziki məhdudiyyətli şagirdlər ABŞ-da bu proqramda iştirak edirlər. Əvvəl görmə, eşitmə məhdudiyyətli və inkişaf pozğunluğu olan şagirdlər FLEX proqramında iştirak ediblər.

FLEX ABŞDövlət Departamentinin ABŞ hökuməti tərəfindən maliyyələşdirilən proqramıdır. FLEX proqramı təyin olunmuş əsas uyğunluq tələblərinə cavab verən bütün şagirdlər üçün açıqdır. Müraciət etmək üçün https://ais.americancouncils.org/flex səhifəsinə daxil olun.