Mübadilədən Təcrübəyə Proqramı

Ev / Mübadilədən Təcrübəyə Proqramı

Bu proqram Azərbaycanda Birləşmiş Ştatlar səfirliyi tərəfindən maliyyələşdirilir və Amerika Beynəlxalq Təhsil Şurası (ACCELS) tərəfindən  Azərbaycanın bir sıra nazirlik və hökümət orqanları  ilə bir əməkdaşlıqda  idarə olunur.

Mübadilədən Təcrübəyə Proqramı FLEX proqramının məzunlarına Azərbaycan hökümətinin bir sıra nazirlik və dövlət orqanlarında internatura keçmək üçün müsabiqədə iştirak etməyə şərait yaradır.FLEX proqramı ABŞ Dövlət Depardamentinin proqramı olaraq ACCELS tərəfindən həyata keçirilir və hər il 40-45 məktəblini Amerika ailələrində yaşamağa və ABŞ məktəblərində təhsil almağa göndərir.

Proqramın məqsədi:

Mübadilədən Təcrübəyə Proqramının məqsədi istedadlı, bacarıqlı və fəal tələbələri ölkənin dövlət sektoruna cəlb olunmağa  və karyeralarını bu sahədə qurmağı düşünməyə ruhlandırmaqdır.

Mübadilədən Təcrübəyə Proqramının ilk illərindən (2005-2010) 82 praktikant bu proqramda iştirak etmişdir.

Proqramın mahiyyəti:

Dörd aylıq, 1/2 ştat (həftədə 15-20 saat), dövlət sektorunda ödənişli internatura.

Təcrübə mübadilələrin üstünlükləri nədir?

Praktikant üçün:

  • Vacib dövlət sektorunda səmərəli iş təcrübəsi əldə etmək fürsəti.
  • FLEX proqramında praktikantın əldə etdiyi  bacarığı işdə  tətbiq etmək şansı
  • ABŞ səfirliyi tərəfindən verilən  aylıq təqaüd

Hökümət nazirlikləri və təşkilatları  üçün:

  • 4 ay ərzində  istedadlı və fəal olan əlavə işçi qüvvəsi.

Son üç ildə aşağıdaki nazirliklər və dövlət müəssisələri bu proqram üzrə praktikantlar qəbul etmişdir:

  • Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
  • Mədəniyyət və Turizm Nazirliyi
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi
  • İqdisadi İnkişaf Nazirliyi
  • Təhsil Nazirliyi
  • Tələbə Qəbulu Üzrə Dövlət Komitəsi
  • Maliyyə Nazirliyi
  • Nəqliyyat Nazirliyi
  • Ədliyyə Nazirliyi
  • Azərbaycan Diplomatik Akademiyası
  • Azərbaycan Dövlət Neft Fondu
  • Azərbaycan Dövlət Neft Şirkəti
  • Milli Məclis
  • Səhiyyə Nazirliyi
  • Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
  • Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi
  • Mərkəzi Bank
  • Gənclər və İdman Nazirliyi

Proqramın keçiriləcəyi vaxt:

Dörd ay davam edən internatura yaz fəslində – 2018-ci ilin Fevral-May və yaxud Mart-İyun  aylarında baş tutacaq.

Seçim prosessi:

Praktikantlar 2018-ci ilin yanvar ayında ACCELS təşkilatının və ABŞ Səfirliyi nümayəndələrinin iştirak etdiyi komitənin keçirdiyi müsahibə əsasında seçiləcəklər.