FLEX məzunları

Ev / FLEX məzunları

FLEX məzunları FLEX proqramı vasitəsi ilə ABŞ-da bir illik mübadilə proqramında təhsil alan və bu təcrübəni müvəffəqiyyətlə bitirən şagirdlərə deyilir. FLEX proqramının məzunları Azərbaycanda müxtəlif tədbirlər həyata keçirirlər. Məzunların ən çox tanınmış fəaliyyətlərindən biri ingilis dilinin təkmilləşdirilməsi üzrə pulsuz danışıq klublarıdır. Bu klublar məzunlar tərəfindən aparılır. FLEX məzunları həmçinin müxtəlif xeyriyyə layihələri, icma yönümlü layihələr də həyata keçirirlər.

Ingilis dili danışıq klubları:
Danışıq klubları ingilis dili biliklərini, o cumlədən ingilis dilində danışıq bacarıqlarını inkişaf etdirmək istəyən yaşından asılı olmayaraq hər kəs üçün açıq olan FLEX məzunlarının həyata keçirdiyi bir layihədir.

2014-cü il üçün ingilis dili danışıq klublarının cədvəli:
Cümə axşamı – 17.00
Şənbə – 12.00

 

Əlavə məlumat üçün FLEX məzunları ilə iş üzrə koordinator Fatimə Hüseynli ilə əlaqə saxlaya bilərsiniz. Email: flexalumni@americancouncils.az