Kütləvi Açıq Onlayn Kurslar

Ev / ön / Kütləvi Açıq Onlayn Kurslar

Kütləvi Açıq Onlayn Kurslar (MOOC) maraqlanan hər kəs üçün pulsuz onlayn kurslardır. MOOC-kursları yeni bacarıqları öyrənmək, karyeranızı inkişaf etdirmək və keyfiyyətli təhsil təcrübələrini miqyasda çatdırmaq üçün əlverişli və çevik bir yol təqdim edir.

  1. Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat vasitəsilə İngilis dili (English for STEM). Kurs əsasən 10+ yaşında uşaq və yeniyetmələr üçün nəzərdə tutulub və iştirakçılar bu fənlərin ingilis dilində tədrisi ilə yanaşı, komanda işi və analitik düşünmə qabiliyyətlərini inkişaf etdirirlər. Kurs 5 sessiyadan ibarətdir və il ərzində ümumilikdə 17 English for STEM kursu həyatı keçirilir. Bakı ilə yanaşı Azərbaycanən 10 regionunda tədris edilir.
  2. Karyera İnkişafı üçün İngilis dili (English for Career Development). Kurs karyeralarını inkişaf etdirmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub və iştirakçılara professional inkişaf məqsədlərinə nail olmaq üçün ingilis dili bacarıqlarını artırmaqla bərabər, əmək bazarında iş axtarışı, CV yazma qaydaları və müsahibə prosesinə hazırlıq barədə biliklərə yiyələnməyə geniş imkan yaradır. English for Career Development 6 sessiyadan ibarətdir və il ərzində ümumilikdə 16 English for Career Development kursu həyatı keçirilir. Bakı ilə yanaşı Azərbaycanın 9 regionunda tədris edilir.
  1. Müasir Texnologiyalardan İstifadə Edərək Dərsin Zənginləşməsi üzrə Kurs (Using Educational Technology in the English Language Classroom – E-Teachers’ MOOC). Kurs müəllimlər üçün nəzərdə tutulub və iştirakçılara texnoloji alətlərlə tanışlıq, pedaqoji bilikləri texnoloji imkanlarla uzlaşdırmaq, bu vasitələrdən xarici dilin tədrisi prosesində istifadə etməklə fənləri daha maraqlı etmək metodlarının öyrədilməsini özündə ehtiva edir. E-Teachers’ MOOC 3 sessiyadan ibarətdir və il ərzində ümumilikdə 16 E-Teachers’ MOOC kursu həyatı keçirilir. Bakı ilə yanaşı Azərbaycanın 9 regionunda tədris edilir.