SAT imtahanına qeydiyyat

Ev / SAT imtahanına qeydiyyat

Təhsil Test Xidmətləri (ETS) üzrə rəsmi test administratoru vəzifəsini Amerika Şurası yerinə yetirir. Biz SAT, GRE, TOEFL PBT və təhsil ocağının tələbi ilə TOEFL testlərinin keçirilməsinə nəzarət edirik.  Test mərkəzimizin yerləşdiyi ünvan Qərb Universiteti, İstiqlaliyyət küç., 27 və 23 nömrəli məktəb, 28 May küç., 26, Bakı, Azərbaycan (xəritədə görə bilərsiz)

SAT imtahanı

Bütün məktəb məzunlarının Amerika universitetlərinə qəbulunu artırmaq məqsədilə SAT testləri keçirilir. SAT testləri Amerika məktəb və universitetlərə qəbul olunmaq üçün ən çox istifadə edilən test sayılır.  SAT universitetə keçid üçün mühüm bir addımdır və universitetlərin əksəriyyəti tərəfindən qəbul edilir. SAT ildə ən azı altı dəfə keçirilir.

SAT sinifdə və sinifdən xaric əldə etdikləriniz qabiliyyətləri və onun necə tətbiq olunmasını yoxlayır. O, sizin necə düşünmənizi, problemləri həll etmənizi və ünsiyyət qurmanızı yoxlayır.  Test üç hissədən ibarətdir:

  • Tənqidi oxu. Bura cümlə tamamlaması və paraqrafla bağlı oxu sualları daxildir.
  • Riyaziyyat, orta məktəbin ilk üç ilində şagirdlərin öyrəndiyi riyazi biliklər əsasında qurulur.
  • Yazı. Bura çoxcavablı suallar və inşalar daxildir.

Fənn üzrə olan SAT imtahanları bir saat davam edir. Bununla Siz xüsusi fənnlərdən olan qabiliyyətinizi nümayiş etdirməyə imkan qazanırsız.

İnternet vasitəsilə qeydiyyatdan keçmək və ya SAT imtahanı barədə ətraflı məlumat əldə etmək üçün SAT internet səhifəsinə müraciət edə bilərsiniz website at http://www.collegeboard.com.  İnternet vasitəsilə qeydiyyatdan keçmək çox tez və asan yol sayılır. Son qeydiyyat tarixini qaçıranlar ehtiyyat üzv kimi qeydiyyatdan keçmək imkanı əldə edirlər. Kifayət qədər yer, test materialları və işçilərin olması şərtilə ehtiyat üzvlər ardıcıllıqla test mərkəzində qəbul ediləcəklər.

2017-2018 cı il üçün SAT imtahan tarixləri

SON TARİX
İMTAHANIN TARİXİ Erkən (yalnız xarici tələbələr üçün) Adi
07 Oktyabr, 2017 23 Avqust, 2017 08 Sentyabr, 2017
04 Noyabr, 2017 (Yalnız fənn üzrə) 20 Sentyabr, 2017 05 Oktyabr, 2017
02 Dekabr, 2017 18 Oktyabr, 2017 02 Noyabr, 2017
05 May, 2018 21 Mart, 2018 06 Aprel, 2018
02 Iyun, 2018 (Yalnız fənn üzrə) 18 Aprel, 2018 03 May, 2018

 

Online qeydiyyatdan keçmək və ya SAT imtahanı haqqında daha çox məlumat əldə etmək üçün SAT saytına müraciət edin https://collegereadiness.collegeboard.org/sat.