Professional İxtisasartırma Proqramı ((PFP)

Ev / Proqramları / PROFESSIONAL İXTİSASARTIRMA PROQRAMI / Professional İxtisasartırma Proqramı ((PFP)

pfp1

Professional İxtisasartırma Proqramı ((PFP) ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu tərəfindən   maliyyələşdirilir və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən həyata keçirilir.

Bu proqram iştirakçıları, ştatların qanunverici və icraedici orqanlarında, bələdiyyələrdə və qeyri-hökumət təşkilatlarında 5 – 6 həftəlik uzun müddətli təcrübə keçmək imkanı ilə təmin edir. İştirakçılar hökumət orqanlarının gündəlik fəaliyyəti ilə tanış olur və Amerika Mədəniyyətini öyrınmək üçün qəyyum ailədə yaşayırlar. Proqram daxili  gedış- gəliş səyahət və yaşayış xərcləri təqaüd tərəfindən təmin olunur.

Proqrama uyğunluq meyarları:

  • 25-35 yaş arası, Azərbaycan vətəndaşı olmalı;
  • Universitet məzunu olmalı (bakalavr və ya daha yüksək ixtisas və ya elmi dərəcəyə malik olmalı);
  • İngilis dilini bilməli
  • 2 il və ya daha çox iş təcrübəsi olmalı;
  • Müvafiq sahədə təcrübəyə malik olmalı və dövlət sektorunda iş fəaliyyətini davam etdirmək niyyətində olmalı;
  • Liderlik və əməkdaşlıq bacarıqlarını nümayiş etdirmiş olmalı.

            

          SON MÜRACİƏT TARİXİ 13 NOYABR, 2017

pfp

ABŞ-da qanunvericilik prosesinin daha yaxşı başa düşülməsi, ABŞ və xarici qurumlar arasında əlaqələrin yaradılması üçün  Azərbaycanlı namizədlər https://ais.americancouncils.org/pfp saytına daxil olaraq onlayn ərizə formasını doldurmalıdırlar.

 

Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə əlaqə:  012 436 75 29/30    və ya  PFP@americancouncils.az  http://www.americancouncils.az