FLEX

Home / FLEX

“FLEX”  nə deməkdir?

 

Sovet İttifaqı respublikaları ilə gənclər mübadiləsi proqramları 80-ci illərdə həyata keçirilməyə başlandı. Lakin daha əvvəllər, 50-ci illərdə, ABŞ və SSRİ məktəbliləri və tələbələri arasında mübadilələr aparılırdı. FLEX proqramı yuxarı sinif şagirdləri üçün ilk uzun müddətli geniş proqramdır. Bu proqram keçmiş Sovet İttifaqı ölkələrinin xalqlarına Amerika xalqının dostluq əlini uzatmaq məqsədi ilə ABŞ Konqresi tərəfindən təsdiq edilmiş və yuxarı sinif şagirdləri üçün ABŞ-da bir il yaşamaqla ilk geniş miqyaslı mübadilə proqramı kimi yaradılmışdır.

Mövcud olduğu 24 il ərzində FLEX proqramı 24.000 nəfərdən artıq yuxarı sinif şagirdlərinə təqaüd təqdim etmışdir. 900 nəfərdən çox Azərbaycan şagirdi bu proqram vasitəsilə  ABŞ-da təhsil almışdır. Təqaüd əldə edən hər bir şagird bir il müddətində ABŞ-da ailədə yaşayacaq və orta məktəblərinin birində təhsil alacaqdır.

Fiziki cəhətdən məhdudiyyətləri olan şagirdlər də müsabiqədə iştirak etməyə dəvət olunurlar. Hər il təxminən 10-15 fiziki məhdudiyyətli yuxarı sinif şagirdi FLEX proqramın çərçivəsində ABŞ-da yaşayır və təhsil alır. Onlar da müsabiqəni ümumi əsaslarla keçirlər.

 

 

Təqaüd vasitəsilə nələr təmin edilir?

 

FLEX proqramın çərçivəsində yuxarı sinif şagirdlərinə təqdim olunan təqaüd aşağıdakıları təmin edir:

 

  • Yaşayış yerindən ABŞ-a və geriyə pulsuz bilet;
  • Şagirdlərə ictimai həyatda iştirak etməyə və şəxsi istifadə əşyalarını almağa imkan verən aylıq təqaüd;
  • İştirakçının bir il ərzində onun üçün seçilmiş ailəsində yerləşdirilməsi;
  • Orta məktəblərinə qəbul;
  • Proqramdan əvvəl və sonra keçirilən hazırlıq dadaxil olmaqla, orientasiya (istiqamətləndirmə) proqramında iştirak;
  • ABŞ-da müxtəlif tədbirlərin təşkili;
  • ABŞ-a gəlməzdən əvvəl olan xəstəliklər və stomoloji yardım istisna edilməklə təbii siğorta.

 

Təqaüd vasitəsilə nə təmin edilmir?

 

 

FLEX proqramın çərçivəsində yuxarı sinif şagirdlərinə təqdim edilən təqaüd aşağıdakıları təmin etmir:

 

  • Beynəlxalq pasportun alınması;
  • Normadan artıq olan yüklərin keçirilməsi;
  • Doğma ölkə ilə telefon danışıqları və internetdən istifadə ilə bağlı xərclər;
  • Şagirdin şəxsi xərcləri aylıq təqaüd ilə təmin olunmur.

 

Proqramı kim maliyyələşdirir?

 

Məktəblilər üçün olan bu proqram ABŞ höküməti tərəfindən maliyyələşdirilir, təşkilati dəstək isə ABŞ dövlət departamentinin Təhsil və Mədəniyyət proqramları şöbəsi tərəfindən həyata keçirilir. Təhsil-Mədəniyyət məsələləri üzrə departament Amerikada və ondan xaricdə beynəlxalq təhsil və treyninq proqramları vasitəsi ilə mülki vətəndaşlar və təşkilatlar arasında şəxsi, işgüzar və təşkilati əlaqələr yaratmaqla həmçinin xarici ölkələrin auditoriyasında ABŞ-ın tarixini, cəmiyyətini, mədəniyyətini bütün özəlliyi ilə çatdıraraq, ABŞvə digər xalqlar arasında qarşılıqlı anlaşma yaratmağa çalışır.

Yerli səviyyədə isə proqramı təmənnasız və könüllü şagirdləri qəbul edən, ailələrdə yerləşdirən məktəblərdə təhsil almalarına imkan yaradan ABŞ vətəndaşları və orta məktəblər dəstəkləyirlər.

 

Proqramda kimlər iştirak edə bilər?

 

 

Mübadilə sahəsində ABŞ höküməti tərəfindən dəstəklənən və yeni müstəqil dövlətlərdə demokratik islahatlara yönəldilən bütün yeni təşəbbüslər kimi FLEX proqramın çərçivəsində ABŞ-da təhsil alacaq şagirdlərin seçimi açıq müsabiqə əsasında keçirilir və iştirakçılar heç bir xərc çəkmirlər.

Müsabiqədə iştirak etmək istəyən hər bir Azərbaycan şagirdi aşağıdakı tələblərə uyğun olmalıdır:

 

  • 15 fevral 1999-ci il tarixindən sonra, 15 iyul 2002-ci il tarixindən əvvəl anadan olan 11-ci sinif şagirdləri;
  • Müsabiqə keçirilən zaman 11-ci sinif şagirdi olmalı;
  • İngilis dilini bilməli (namizədlər müsabiqə keçirilən an üçün indilis dili biliklərini nümayiş etməlidirlər;
  • Amerika vizalarının verilməsi tələblərinə uyğun olmalı;
  • Azərbaycan vətandaşı olmalı və beynəlxalq pasport almaq imkanına malik olmalıdırlar.

 

Fiziki məhdudiyyətli şagirdlər üçün tələblər:

  • 15 fevral 1999-cu il tarixindən sonra, 15 iyul 2002-ci  il tarixindən əvvəl anadan olan şagirdlər;
  • Müsabiqə keçirilən zaman  11-ci sinif şagirdi olmalı;
  • Məktəbdə yaxşı və əla qiymətlərlə oxumalı;
  • İngilis dilini bilməli (namizədlər müsabiqə keçirilən an üçün ingilis dili biliklərini nümayiş etməlidirlər);
  • Azərbaycan vətəndaşı olmalı və beynəlxalq pasport almaq imkanına malik olmalı;
  • Amerikada vizaların verilməsi tələblərinə uyğun olmalı;

 

Qeyd: Birləşmiş Ştatlara səyahətdən əvvəl öz sinfini proqramın tələblərinə uyğun olmayan sinfə dəyişdirən şagirdlər, proqramdan kənarlaşdırılacaqlar.

 

FLEX Proqramının imtahanlarının keçirilməsinin tarixləri 2016

FLEX Proqramının imtahanlarının keçirilməsinin tarixləri və yeri
22.10.16 9:00 Şənbə Bakı – Amerika Mərkəzi- Azərbaycan Dillər Universiteti
23.10.16 9:00 Bazar Lənkəran – Lüks Hotel
29.10.16 9:00 Şənbə Şəki– Sheki  Palace Hotel
30.10.16 9:00 Bazar Mingəçevir – Kür hotel

Kimin müsabiqədə iştirak etmək hüququ yoxdur?

 

  • Yuxarıda göstərilən meyarlara uyğun gəlməyən;
  • Son 5 il ərzində ABŞ-da 3 (üç) aydan artıq yaşayan;
  • Ailəsi ABŞ-a  mühacirət üçün müraciət edən və ya mühacirət etmək niyyətində olan hər bir kəs bu hüquqdan məhrumdur.

 

Şagirdlər necə seçilirlər?

 

Qaliblər və ehtiyyat (alternative) qaliblər ABŞ-da təhsil və beynəlxalq mübadilələr üzrə yüksək ixtisaslı mütəxəssislərdən ibarət müstəqil komissiya tərəfindən seçilir. Müsabiqə əsasında seçim göndərilmiş sənədlərin tam dəstinə, müəllimlərin rəylərinə, namizədin mübadilə edilmiş tələbə kimi ABŞ-da bir il yaşamaq hazırlığına əsaslanır.

Şagirdlər həmçinin onların səhhətinin mübadilə proqramında iştirak  etmək üçün yararlı olduğunu təsdiq edən tibbi sənədləri təqdim etməlidirlər. Seçim prosesi 2016-cı ilin payızında başa çatacaq və bütün sənəd verənlər 2017-cü ilin May ayının axırında öz statusları barəsində məlumat alacaqlar. Yaxşı ingilis dili bilikləri mühüm olsa da, seçimdə həlledici amil deyil.

Müsabiqədə nə vaxt və necə iştirak etmək mümkündür?

 

Amerika Beynəlxalq Təhsil Şurasının (ACTR/ACCELS) nümayəndələri test keçirmək üçün 2016-cı ilin payızında Bakı, Mingəçevir, Şəki, Lənkəran test mərkəzlərinə baş çəkəcəklər. Müsabiqədə iştirak etmək arzusunda olanlar qeydiyyatdan keçmək üçün test keçirilən mərkəzə şəxsiyyət vəsiqəsi (doğum haqqında şəhadətnamə), eləcə də 3×4 sm ölçüdə yeni çəkilmiş fotoşəkil və qara qələm gətirməlidirlər. Test mərkəzlərinin yerləri periodik olaraq American Cuncils FB səhivəsində elan ediləcəkdir.

Proqramda iştirak nə fayda verə bilər?

 

FLEX proqramı şagirdlərə ABŞ-ın xalqı və mədəniyyəti ilə tanış olmaq və həmçinin başqalarını öz ölkələri və mədəniyyətləri ilə tanış etmək imkanı yaradır. Şagirdlər digər mədəniyyəti qiymətləndirməyi və anlamağı öyrənəcək, 2 ölkə arasında əlaqələri inkişaf etdirməkdir hansi ki, bizə bir- birimizi daha yaxşı tanımağa, ölkələrimizin mədəniyyətini, adət-ənənələrini, həyata baxışını öyrənməyə kömək edəcəkdir.

Mübadilə həm amerika cəmiyyəti, həm də Azərbaycan cəmiyyəti üçün faydalı olacaqdır. Azərbaycandan gələn tələbələr FLEX proqramının təqaüdçüləri, “gənc elçilər” ABŞ-da öz mədəniyyətlərini başqaları ilə bölüşməklə bərabər, vətənlərinə qayıtdıqdan sonra ətradakıları da amerika mədəniyyətinin bəzi tərəfləri ilə tanış edəcəklər.

 

Hansı qüsurlar meydana çıxa bilər?

 

Bu proqramla maraqlanan şagirdlərə mübadilədə iştirak etməyin mümkün olan mənfi aspektlərini də bilmək zəruridir:

 

  • Ola bilsin ki, Siz 2018-ci ildə qəbul imtahanlarını verməyə gecikəsiniz;
  • Əgər Siz ABŞ-a getməzdən əvvəl universitetə/instituta qəbul olunsanız, univeristet/instituta qəbul olunsanız, universitet/institut Sizə akademik məzuniyyət verməyə bilər;
  • Vətəninizə dönəndən dərhal sonra Sizi hərbi xidmətə çağıra bilərlər;
  • ABŞ orta məktəblərinin tədris proqramı yeni müstəqil dövlətlərin tədris proqramlarından əhəmiyyətli dərəcədə fərqlənir. Ola bilsin ki, Siz ABŞ-da sizin ölkənin məktəb proqramı ilə nəzərdə tutulduğundan tamamilə fərqlənən dərslər keçəsiniz.

 

 

Proqramın təşkilinə kim cavabdehdir?

 

Müsabiqənin keçirilməsi, namizədlərin seçilməsi, orientasiya proqramının keçirilməsi ilə Amerika Beynəlxalq Təhsil Şurası: ACTR/ACCELS məşğul olur. Amerika Beynəlxalq Təhsil Şurası: ACTR/ACCELS bir humanitar təşkilatdır. Biz ABŞ, Şərqi Avropa, Avrasiya və Balkanlarda fəaliyyət göstəririk.

Daha ətraflı məlumat üçün,  flex@americancouncils.az elektron ünvanı və ya (012) 436 75 29/ 30 /31 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiz.